Bakı Dövlət Universitetində (BDU) təhsil alan tələbələrin sayı açıqlanıb.

İqtisadiyyat.az xəbər verir ki, hazırda universitetdə ali təhsilin bütün səviyyələrində 25 minə yaxın tələbə təhsil alır.

BDU-da 3 mindən çox əməkdaş, o cümlədən 1500 nəfərə qədər professor-müəllim heyəti və elmi işçi çalışır. Onlardan 250-dən çoxu elmlər doktoru, professor, 800 nəfərə yaxın əməkdaş isə fəlsəfə doktoru, dosentdir.

Bu ali təhsil müəssisəsində 76 ixtisas, 271 ixtisaslaşma üzrə kadr hazırlığı həyata keçirilir.