Rusiyanın ən zəngin iş adamlarının sərvəti bu ilin əvvəlindən 28,431 milyard dollar artıb.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə "Bloomberg"in dərc etdiyi "Milyarderlər İndeksi"ndə deyilir.

Məlumata görə, bu ilin əvvəlindən “Lukoyl”un təsisçisi Vahid Ələkbərov 3,59 milyard dollar qazanıb. Beləliklə, onun sərvəti 28,2 milyard dollara çatıb.

İlin əvvəlindən “Severstal”ın təsisçisi Aleksey Mordaşovun sərvəti 5,73 milyard dollar artaraq 26,6 milyard dollara yüksəlib. "Eurochem" və "SUEK"in həmtəsisçisi Andrey Melniçenkonun sərvəti isə 5,26 milyard dollar artaraq 24,1 milyard dollara çatıb.

 

Gözəl Həşimova