Gürcüstan leysan yağışları səbəbilə Rusiya Federasiyası ilə sərhədi müvəqqəti bağlayır.  

Bu barədə respublikanın Maliyyə Nazirliyi məlumat yayıb.

Bildirilir ki, Yuxarı Lars ərazisində bu gün Terek çayında yaranan selə görə Gürcüstan-Rusiya sərhədi istiqamətində yol bağlanıb.

“Güclü yağışlar nəticəsində Terek çayı məcrasından çıxıb və Gürcüstanla Rusiya arasındakı avtomobil yolunu dağıdıb”, - deyə Gürcüstan Avtomobil Yolları Departamentindən bildirilib.

Mtsxeta-Stepantsminda-Lars yolunun 136-cı kilometrliyindəki hissəsi zədələnib.

Qeyd edək ki, həmin yol Ermənistanı Rusiya ilə əlaqələndirən yeganə quru maqistraldır.