Enerji Məsələlərini Tənzimləmə Agentliyi full komplentasiyalı yeni istehsal avtomobil alır.

İqtisadiyyat.az xəbər verir ki, sifariş edilən avtomobilin markası “Toyota Avalon Hybrid”dir.

2024-cü il istehsal tarixi olan yeni (istismar olunmamış) minik avtomobilinin qara metalik rəngdə olması əsas şərtlərdəndir.

Agentliyə avtomobili "Rotary Motors" MMC 100 min manat müqabilində təhvil verəcək.

Qeyd edək ki, 2007-ci ildə dövlət qeydiyyatına alınan "Rotary Motors" MMC "Mazda" avtomobillərinin rəsmi idxalçısıdır.