Beynəlxalq reytinq agentliyi Moody's Belarusun xarici borc öhdəliklərini yerinə yetirmədiyini açıqlayıb. 

Bu barədə TASS məlumat yayıb.

Belarus iyulun 13-də "Belarus-27" onillik avrobondlar üzrə 22,9 milyon dollar ödəməli idi. Moody's iddia edir ki, respublikanın Maliyyə Nazirliyi ödənişi milli valyutada həyata keçirib və Belarus emitentlərinin xarici borc sahibləri ödənişləri ala bilmirlər.

Agentlikdə deyildiyi kimi, Belarus rublu ilə valyuta borcunun ödənilməsi defolt hesab edilir.