Yeddi ayda 10,4 min ton bitki və heyvan mənşəli piylər və yağlar ixrac edilib.

İqtisadiyyat.az Dövlət Gömrük Komitəsinə istinadla xəbər verir ki, ixrac edilən bitki və heyvan mənşəli piylər və yağların dəyəri 18,9 milyon dollar olub.

Xatırladaq ki, 2021-ci ilin eyni dövründə dəyəri 17,8 milyon dollar olmaqla 13,5 min ton bitki və heyvan mənşəli piylər və yağlar ixrac edilib.