Amerikanın məişət elektronikası korporasiyası "Hewlett Packard" (HP) şirkəti 2024-cü maliyyə ilinin üçüncü rübündə xalis mənfəətini 16% azaldıb.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə şirkətin press-relizində deyilir.

Məlumata görə, may-iyul aylarında şirkətin xalis mənfəəti 640 milyon dollar və ya hər bir səhm üçün 65 sent olub. Halbuki, ötən dövrdə bu göstərici 766 milyon dollar və ya hər bir səhm üçün 76 sent olub.

Hesabat dövründə şirkətin gəliri 13,2 milyard dollardan 13,52 milyard dollara yüksəlib.

 

Gözəl Həşimova