“Monex-Valyuta Mübadiləsi” MMC Ləğv olunduğunu elan edir.

İqtisadiyyat.az xəbər verir ki, bununla bağlı şirkət özü məlumat yayıb.

Qeyd edilib ki, kreditorlar iki ay ərzində tələblərini şirkətin hüquqi ünvanına bildirə bilərlər.

Xatırladaq ki, “Monex-Valyuta Mübadiləsi” bu ilin aprel ayında dövlət qeydiyyatına alınıb. Şirkətin nizamnamə kapitalı 600000 manat, qanuni təmsilçisi isə Aydınov Elmar Məhəddin oğludur.