Avqustun 27-də Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində “Hərracların Təşkili Mərkəzi” publik hüquqi şəxs tərəfindən növbəti hərrac keçirilib.

İqtisadiyyat.az xəbər verir ki, Naxçıvan Muxtar Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin  müvafiq rayon idarələrinə məxsus əmlakların hərracla satışı zamanı Hərracların Təşkili Mərkəzi tərəfindən şəffaflıqtam təmin olunub, prosesin videoçəkilişi aparılıb.

Sifarişçilərin iştirakı ilə özəlləşdirilməyə çıxarılmış 4 kiçik dövlət müəssisəsindən 3-ü hərrac yolu ilə satılıb. Ordubad şəhərində yerləşən kiçik dövlət müəssisəsinin sifarişçisi olmadığından hərrac baş tutmamış hesab olunub.

Keçirilməsi nəzərdə tutulan müsabiqə və hərraclarla bağlı ətraflı məlumatı Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin və Xidmətin tabeliyində olan “Hərracların Təşkili Mərkəzi” publik hüquqi şəxsin rəsmi internet saytından, sosial şəbəkə hesablarından əldə etmək olar.