“Şinkar Holding” gömrük qaydalarını pozub.

İqtisadiyyat.az xəbər verir ki, buna görə də Dövlət Gömrük Komitəsi onun barəsində İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsinə əsasən cərimə protokolu tərtib edib.

Daha sonra protokol baxılması üçün Nərimanov Rayon Məhkəməsinə göndərilib. Protokol hakim Hafiz Kamranovun sədrliyi ilə araşdırılacaq.

Protokol tərtib olunan maddədə deyilir ki, qısa idxal bəyannaməsinin mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada verilməməsinə görə vəzifəli şəxslər min manat məbləğində, hüquqi şəxslər min beş yüz manat məbləğində cərimə edilir.

Xatırladaq ki, “Şinkar Holding” 1999-cu ildə dövlət qeydiyyatına alınıb. Şirkətin nizamnamə kapitalı 3 000 000 manatdır. Qanuni təmsilçisi isə Mehdiyev Ələsgərdir.