Almaniyanın avtomobil istehsalçısı "BMW" "Mini Cooper SE" elektrikli avtomobillərini akkumulyatorlardakı problemlərə görə geri çağırır.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə şirkət məlumat yayıb.

Geri çağırılma 2018-ci ilin noyabrından 2024-cü ilin yanvarınadək Avropada istehsal edilmiş 140 mindən çox avtomobilə aiddir.

"BMW" avtomobillərdə problem olub-olmadığını aşkar edə bilən proqram təminatı quraşdırmaq niyyətindədir.

Qeyd edək ki, ilin əvvəlindən "BMW"nin kapitallaşması 18,3% azalaraq 52,05 milyard avroya düşüb.

 

Gözəl Həşimova