"Yanar Dağ LTD" Məhdud Məsuliyyətli Cəmiyyətinə cərimə yazılıb.

İqtisadiyyat.az xəbər verir ki, Dövlət Gömrük Komitəsi onun barəsində İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsinə əsasən cərimə protokolu tərtib edib.

Daha sonra protokol baxılması üçün Nərimanov Rayon Məhkəməsinə göndərilib. Protokol hakim Xalidə Əlisoyun sədrliyi ilə araşdırılacaq.

Protokol tərtib olunan maddədə deyilir ki, qısa idxal bəyannaməsinin mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada verilməməsinə görə vəzifəli şəxslər min manat məbləğində, hüquqi şəxslər min beş yüz manat məbləğində cərimə edilir.

Xatırladaq ki, "Yanar Dağ LTD" 2006-cı ildə dövlət qeydiyyatına alınıb. Şirkətin nizamnamə kapitalı 550 000 manatdır. Qanuni təmsilçisi isə Hüseynov Elnur Aydın oğludur.