Bu ilin yanvar-iyul aylarında Azərbaycanın Polşa ilə ticarət dövriyyəsi 148,3 milyon dollar təşkil edib.

İqtisadiyyat.az-ın Dövlət Gömrük Komitəsindən əldə etdiyi məlumata görə, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 48,5 % çoxdur.

Hesabat dövründə ölkədən Polşaya ixrac 64,1 milyon dollar təşkil edib. Azərbaycanın Polşadan idxalının dəyəri isə 84,2 milyon dollar olub.

 

Gözəl Həşimova