Ötən il üçün dünyanın ən gəlirli şirkətlərinin reytinqi açıqlanıb.

İqtisadiyyat.az-ın araşdırmasına görə, ötən il Səudiyyə Ərəbistanının neft şirkəti “Saudi Aramco” 247,4 milyard dollardan çox gəlir əldə edərək lider olub.

Dünyanın ən gəlirli şirkətləri siyahısını "Apple", "Berkshire Hathaway", "Microsoft" və "Alphabet" tamamlayıb.

Araşdırmalara görə, ötən il dünyanın ən gəlirli şirkətləri bunlar olub:

Şirkət

Gəliri

Saudi Aramco

247,4 milyard dollar

Apple

114,3 milyard dollar

Berkshire Hathaway

100,3 milyard dollar

Microsoft

95 milyard dollar

Alphabet

78,7 milyard dollar

Gazprom

76,7 milyard dollar

JP Morgan Chase

63,5 milyard dollar

Exxon Mobil

61 milyard dollar

ICBC

58,8 milyard dollar

China Construction Bank

55,3 milyard dollar

 

Gözəl Həşimova