Bu ilin yanvar-iyul aylarında Azərbaycanın Xorvatiya ilə ticarət dövriyyəsi 551,2 milyon dollar təşkil edib.

İqtisadiyyat.az-ın Dövlət Gömrük Komitəsindən əldə etdiyi məlumata görə, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 78% çoxdur.

Hesabat dövründə ölkədən Xorvatiyaya ixrac 547,2 milyon dollar təşkil edib. Azərbaycanın Xorvatiyadan idxalının dəyəri isə 3,9 milyon dollar olub.

 

Gözəl Həşimova