Bu günə Azərbaycanda pul bazası 13 945,6 milyon manat təşkil edib.

İqtisadiyyat.az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, fevralın 1-i ilə müqayisədə 0,7% azdır.

Ölkədə pul bazası ilin əvvəlinə nisbətən 22,3% azalıb, son 1 ildə isə 8,4% artıb.