“Azərbaycanla Türkiyə arasında qarşılıqlı ticarət dövriyyəsinin həcmi 5 milyard dollara çox yaxındır. Qarşılıqlı investisiyalar sahəsində də göstəricilər yaxşıdır”.

Bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov türkiyəli həmkarı Mövlud Çavuşoğlu ilə birgə mətbuat konfransında deyib

O bildirib ki, Azərbaycanın Türkiyəyə yatırdığı investisiyaların həcmi 19,3 milyard dollar, Türkiyənin Azərbaycana yatırdığı sərmayələrin həcmi 13,2 milyard dollar həcmində müəyyən edilir.

“Bu istiqamətdə daha böyük rəqəmlərin şahidi olacağıq”, - deyə nazir əlavə edib.