“Android” əməliyyat sisteminin sınaq mərhələsində olan yeni versiyasında “Google” tərəfindən açıqlanmayan gizli rejim aşkar olunub.

Bu barədə BGR resursu məlumat yayıb.

Məlumata əsasən, yeni rejim “cədvəl” bölməsində əks olunacaq. Onun vasitəsilə telefondakı oyunları canlı olaraq “YouTube”a yayımlamaq mümkün olacaq. Bu rejim oyun zamanı cihazın işini optimallaşdıracaq və onun sürətini artıracaq.

Qeyd edək ki, “Android 12” əməliyyat sisteminin ən tez bu ilin payızında istifadəyə veriləcəyi gözlənilir.