Böyük Britaniya hökumətində istefalar davam edir.

Ötən gün maliyyə naziri Rişi Sunak və səhiyyə naziri Sacid Cavidin istefa verməsindən sonra daha dörd  nazir və bir nazir müavini vəzifəsindən istefa verib.  

Belə  ki, bu gün  xəzinə naziri Con Glen, daxili işlər naziri Viktoriya Atkins, orta məktəblər üzrə məsul nazir Robin Volker, uşaq və ailə məsələləri üzrə nazir Vill Kuinse, nəqliyyat nazirinin müavini Laura Trott da tutduqları vəzifədən istefa veriblər.