Toyota şirkəti yeni nəsil Prius hibridinin arxa hissəsi göstərilən qısa videoçarxı yayımlayıb.

Modelin təqdimatı 2 iyun 2021-ci il tarixində keçiriləcək. Tizerdə yeni Prius modelinin nazikləşdirilmiş arxa LED işıqları və arxa qapıdakı qara Toyota loqotipi nümayiş olunur. Bundan başqa, videoda arxa görüntü kamerası da görüntülənir.

Yeni Prius modelinin sələfinin platformasını və hibrid qurğusunu qoruyub saxlayacağı gözlənilir. Bununla belə, yaponlar daha qənaətcil daxili yanma mühərrikindən istifadə etməyi və batareyanın tutumunu artırmağı düşünürlər. Bu iddialar BestCarWeb saytı tərəfindən irəli sürülüb, lakin səsləndirilən məlumatlar rəsmi təsdiqini tapmayıb.