Rusiya ordusu Ukraynanın Xarkov şəhərini “Qrad” atəşinə tutub.

Bu barədə daxili işlər nazirinin müşaviri Andrey Geraşenko feysbukda bildirib.

Məlumata görə, işğalçı qüvvələrin təcavüzü nəticəsində onlarla dinc sakin həlak olub, 100-dən çox yaralı var.

“Bu kabusu bütün dünya görməlidir”, - DİN rəsmisi vurğulayıb.