“Xarici aviaşirkətlər Rusiya hava məkanında uçuşlar üçün hər həftə 37,5 milyon dollardan çox vəsait xərcləyirlər”.

Bu barədə Rusiya Federasiyası Nəqliyyat Nazirliyi açıqlayıb.

Nazirlik bildirib ki, Rusiya aviaşirkətlərinə uçuşlara və tranzitə qadağa qoyan ölkələrin aviaşirkətləri üçün səmanı bağlamağa məcbur olublar.

“19 ölkədə Rusiya hava məkanından istifadəyə qoyulan məhdudiyyətlər bilet qiymətləri və yük daşımalarının artmasına səbəb olub”, - Nəqliyyat Nazirliyi qeyd edib.