“Whatsapp"a qrupların və icmaların idarə olunması ilə bağlı yeni funksiyalar əlavə edilib.

İqtisadiyyat.az xəbər verir ki, yeni imkanlar sayəsində istifadəçilər tanışları ilə hansı ümumi qruplarda və icmalarda olduqlarını görə biləcəklər.

Həmçinin, inzibatçılar icmaların idarə olunmasına dair daha çox imkan əldə edəcəklər.

Bildirilib ki, yeni funksiyalar yaxın həftələrdə aktiv olacaq.