İsrail ordusu Qəzza zolağından İsrail ərazisinə üç raket atıldığını müəyyən edib. 

İqtisadiyyat.az xəbər verir ki, bu barədə ordunun mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, raketlərdən biri İsrailin hava hücumundan müdafiə sistemi tərəfindən zərərsizləşdirilib, digərləri isə yaşayış olmayan əraziyə düşüb.

Ölən və yaralananlar barədə məlumat yoxdur.