ABŞ Prezidenti Co Baydenin administrasiyası Çində hazırlanmış avtomobil proqramlarına məhdudiyyətlər qoymaq niyyətindədir.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə "Bloomberg" mənbələrinə istinadən məlumat yayıb.

Məlumata görə, Amerika hakimiyyəti avqustun əvvəlində avtomobillər üçün Çin proqram təminatının tətbiqinə məhdudiyyətlər təklif etmək niyyətindədir. Məhdudiyyətlər özünü idarə edən texnologiyaların istifadəsi və sınaqdan keçirilməsinə də şamil ediləcək.

Agentlik qeyd edib ki, məhdudiyyətlər Çin şirkətlərini ABŞ sürücülərinin məlumatlarını toplamaq riskinə görə nəzərdə tutulur. 

Bundan əvvəl ABŞ polad və alüminium (0-7,5%-dən 25%-ə qədər), yarımkeçiricilər və günəş panelləri (25%-dən 50%-ə qədər), elektriklə işləyən avtomobillərin idxalına (25%-dən 100%-ə qədər) rüsumların artdığını elan edib.

Söhbət 18 milyard dollar dəyərində mallar üçün rüsumlardan gedir, ABŞ Prezidentinin qlobal iqtisadi məsələlərə nəzarət edən köməkçisi Dalip Sinqxin sözlərinə görə, Vaşinqton Çinə təsir etmək üçün mümkün olan ən geniş koalisiya yaratmağa çalışır.