Fələstinin Qəzza zolağına nəzarət edən HƏMAS hərəkatının Siyasi Bürosunun yeni rəhbəri bəlli olub. Bu vəzifəni hərəkatın lideri Yəhya Sinvar yerinə yetirəcək.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə məlumatı hərəkatın teleqram kanalı yayıb.

"Hərəkatın siyasi bürosunun rəhbəri vəzifəsinə mərhum İsmayıl Haniyənin yerinə Yəhya Sinvar seçilib", - deyə məlumatda qeyd edilib. 

 

Xatırladaq ki, HƏMAS-ın Siyasi Bürosunun keçmiş rəhbəri İsmayıl Haniyə İranın yeni seçilmiş prezidenti Məsud Pezeşkianın andiçmə mərasimində iştirakından sonra İsrailin onun Tehrandakı iqamətgahına endirdiyi zərbə nəticəsində öldürülüb.