Amerikanın ən böyük aviaşirkətləri "American Airlines", "United Airlines" və "Delta" qlobal texniki nasazlıq səbəbindən uçuşları dayandırıb.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə "ABC News" telekanalı məlumat yayıb.

Məlumata görə, vəziyyət aydınlaşana qədər "American Airlines", "United Airlines" və "Delta" təyyarələri havaya qalxmayacaq.

Bildirilib ki, "Windows" əməliyyat sisteminin qlobal nasazlığı bank, aviaşirkət, media və bir sıra digər sahələrdə şirkətlərin fəaliyyətinə mane olub. Avstraliya, Böyük Britaniya və Avropa İttifaqındakı bir sıra bank və şirkətlər problemlər barədə məlumat yayıblar.

Roma hava limanlarını idarə edən "Aeroporti di Roma", Sankt-Peterburqun "Pulkovo" hava limanı, Dubay Beynəlxalq Hava Limanı, Avropanın ən böyük hava limanı "Rotterdam", Türk Hava Yolları, “Air France”, "Honq-Konq" hava limanı, İsrailin "Aşdod" hava limanı, "Yeni Dehli" hava limanı və bir çox şirkət texniki nasazlıq səbəbindən çətinliklərlə üzləşib.

 

Gözəl Həşimova