“Microsoft”un xidmətlərinin uğursuzluğu MDB ölkələrinin əksəriyyətinə təsir etməyib, yalnız Ermənistan və Moldovada Avropaya reyslərin ləngiməsi müşahidə olunub.

Bu barədə İqtisadiyyat.az TASS-a istinadən xəbər verir.

Məlumata görə, Azərbaycan, Gürcüstan, Qazaxıstan, Qırğızıstan, Tacikistan, Türkmənistan, Özbəkistanda hava limanlarının fəaliyyətində, rabitə, bank və digər tətbiqlərdə heç bir problem yoxdur. Bildirilib ki, Avropaya uçan reyslərin ləngiməsi yalnız Ermənistan və Moldovada müşahidə olunur.

 

Gözəl Həşimova