ABŞ Prezidenti Co Bayden Misir lideri Əbdülfəttah əs-Sisi və Qətər əmiri Şeyx Təmim bin Həməd Al Tani ilə ayrı-ayrılıqda telefon danışığı aparıb. Söhbətlər zamanı Qəzza zolağında atəşkəslə bağlı razılaşmanın əldə olunması imkanları müzakirə edilib. 

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Ağ Ev məlumat yayıb.

Qeyd edilib ki, liderlər bölgədə gərginliyin azaldılması, atəşkəs razılaşmasının tamamlanması və Fələstin HƏMAS hərəkatının əlində olan girovların azad edilməsi üçün diplomatik səyləri müzakirə ediblər.