Moskvanın Taqanski Məhkəməsi “Google”a qarşı inzibati protokola baxıb və yalan məlumatı silməkdən imtina etdiyinə görə 4 milyon rubl cərimə kəsib.
Bu barədə İqtisadiyyat.az TASS-a istinadən xəbər verir.
"Google”u Rusiya Federasiyasının İnzibati Xətalar Məcəlləsinin 13.41-ci maddəsinin 2-ci hissəsinə əsasən inzibati xəta törətməkdə təqsirli hesab edərək 4 milyon rubl məbləğində inzibati cərimə şəklində cəza tətbiq edilsin", - deyə hakim qərarını elan edib.
Şirkətə qarşı protokolun tərtib edilməsinə internetdə hansı məlumatların səbəb olduğu açıqlanmır.
Qeyd edək ki, əvvəllər sözügedən məhkəmə inzibati xətalara görə “Google”u dəfələrlə cərimələyib.
Sadiq Cavadov