İran Kosmik Agentliyi (ISA) aşağı Yer orbitinə iki yeni peyk buraxmağı planlaşdırır. 

İqtisadiyyat.az Mehr agentliyinə istinadən xəbər verir ki, “Hodhod” və “Kosar” cihazlarının təqdimatı oktyabr ayına planlaşdırılır.

“Müşahidə peyki olan “Kosar” peykinin bu il orbitə çıxarılması planlaşdırılır. “Hodhod” peyki rabitə tədqiqat peyki kimi də “Kosar” peyki ilə eyni vaxtda buraxılmalıdır”, - deyə ISA rəhbəri Hassan Salariye bildirib.

“Kosar” məsafədən zondlama peyki və “Hodhod” rabitə peyki özəl şirkətlər tərəfindən layihələndirilib və inşa edilib. “Kosar”dan kənd təsərrüfatı məqsədləri üçün, sərhədlərin müəyyənləşdirilməsi və geodeziya tədqiqatları üçün istifadə oluna bilər. “Hodhod” qurğusundan isə internet və nəqliyyat sektorunda istifadə edilməsi planlaşdırılır.