UEFA Çempionlar Liqasının III təsnifat mərhələsinin ilk oyunları çərçivəsində keçirilən "Qarabağ" - "Ludoqorets" (Bolqarıstan) matçı başa çatıb.

İqtisadiyyat.az xəbər verir ki, oyun "Ludoqorets"in 1:2 hesablı qələbəsi ilə bitib.

Əvvəlcə qonaqlardan Diniş Almeyda 56-cı dəqiqədə fərqlənib. "Qarabağ"dan Juniniyo 65-ci dəqiqədə rəqib qapısına yol tapıb. 

Bolqarıstan klubundan Kayo Vidal hesab arasındakı fərqi 87-ci dəqiqədə artırıb - 1:2.