"Silahlı qüvvələrinin İsrailin şimalındakı yaşayış məntəqələrinə son hücumları hərbi komandir Fuad Şükr və Fələstinin HƏMAS hərəkatının lideri İsmayıl Haniyənin öldürülməsinə cavab deyil".

İqtisadiyyat.az xəbər verir ki, bunu Hizbullah partiyasının baş katibi Həsən Nəsrullah deyib.

"İran, Yəmən və Livandan İsrailə zərbələr hazırlanır, onlar mütləq həyata keçiriləcək. Birgə cavabımız güclü, həssas və təsirli olacaq", - Nəsrullah qeyd edib.

Onun sözlərinə görə, Hizbullah milisləri münaqişənin genişlənməsinin təşəbbüskarı olmayıb: "Biz hərbi eskalasiya istəmədik, bu, İsrailin qərarıdır, onların seçimidir".