Keçmiş Amerika Prezidenti və Respublikaçılar Partiyasından prezidentliyə namizəd Donald Tramp hesab edir ki, Minnesota qubernatoru Kamala Harrisin namizəd seçdiyi Tim Uolz ABŞ-nin növbəti vitse-prezidenti olarsa, amerikalılar "cəhənnəmlə üzləşəcək". 

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Tramp mitinq zamanı deyib. 

"Tim Uolz tarixin ən pis vitse-prezidenti olardı, hətta təhlükəli dərəcədə liberal Kamala Harrisdən də pisdir. O, yer üzündə cəhənnəmi yaradacaq və sərhədlərimizi ən təhlükəli cinayətkarlar üçün açacaq", - Tramp bildirib.