Finlandiya Xarici İşlər Nazirliyi Livan üçün səyahət məsləhətini yeniləyib. 

İqtisadiyyat.az xəbər verir ki, bu barədə səyahətçilər üçün nəzərdə tutulan xüsusi "Matkusustiedotteet" saytı məlumat yayıb.

Məlumatda dərhal sözügedən ölkəni tərk etmək məsləhət görülüb.

Qeyd edək ki, son günlərdə HƏMAS Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyənin Tehranda, Hizbullah hərəkatının hərbi qanadının komandirlərindən biri Fuad Şükrün isə Beyrutda öldürülməsindən sonra Yaxın Şərqdə vəziyyət kəskin şəkildə pisləşib.