Dünya üzrə “Microsoft Windows” əməliyyat sistemi ilə çalışan avadanlıqlarda “Mavi Ekran Xətası” (BSOD – Blue Screen Of Death) müşahidə olunur.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Elektron Təhlükəsizlik Xidməti “Microsoft Windows” əməliyyat sistemində yaranmış xəta ilə bağlı məlumat yayıb.

"Bu xəta informasiya təhlükəsizliyi həlləri ilə məşğul olan “CrowdStrike” şirkətinin “Falcon Sensor” proqram təminatının ən son yenilənməsi nəticəsində baş verib. Belə ki, “Windows” sistemində baş verən çökmə dünya üzrə müxtəlif sektorlarda xidmətlərin dayanmasına səbəb olub. Hazırda “Microsoft” şirkətinin çətinliklə bağlı rəsmi bəyanatı olmadan “Windows” əməliyyat sisteminin yenilənməsinin dayandırılması tövsiyə olunur", - məlumatda deyilir.