"AtaLizinq” ASC-nin səhmdarlarının növbədənkənar ümumi yığıncağı keçiriləcək.

İqtisadiyyat.az xəbər verir ki, yığıncaq avqustun 30-na təyin olunub.

Ümumi yığıncağın gündəliyinə aşağıdakı məsələlər daxil edilib:

1. Cəmiyyətin icra orqanı rəhbərinin vəzifə səlahiyyətlərinə öz ərizəsi əsasında xitam verilməsi;

2. Cəmiyyətin yeni redaksiyada nizamnaməsinin qəbul edilməsi və Cəmiyyətin icra orqanına yeni rəhbərin təyin edilməsi;

3. Cəmiyyətin təsis sənədlərində edilmiş dəyişikliklərin və reyestrdə qeydə alınmış faktların sonrakı dəyişikliyinin dövlət qeydiyyatına alınmasının təmin edilməsi.

4. Digər məsələlər. 

Qeyd edək ki, “AtaHolding” Şirkətlər Qrupunun maliyyə sektoruna aid olan “AtaLizinq” ASC 2004-cü ildə “AtaHolding”  (64%)  və “AtaBank” ASC (36%) tərəfindən təsis edilmişdir. Şirkətin nizamnamə kapitalı 1 mln. manat təşkil edir.