İsrail hava hücumundan müdafiə qüvvələri Livandan uçan daha iki şübhəli hava hədəfini zərərsizləşdirib. 

İqtisadiyyat.az xəbər verir ki, bu barədə ordunun mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, bir şübhəli hədəf ölkənin şimalındakı Gila kəndi ərazisində, digəri isə İsrailin nəzarətində olan Qolan təpələrində Şaal və Kela Alon kəndlərinin yaxınlığında vurulub. Hər iki halda hava hücumu xəbərdarlığı edilib. İtkilər barədə məlumat yoxdur.