Qiymətləndiricinin peşə məsuliyyətinin sığortası üzrə sığorta təminatına və sığorta məbləğinə dair minimum tələblər müəyyənləşib.

İqtisadiyyat.az-ın xəbərinə görə, Nazirlər Kabineti bu barədə qərar verib.

Qərara əsasən, qiymətləndirmə fəaliyyəti həyata keçirilərkən qiymətləndiricinin etdiyi səhv və ya yol verdiyi ehtiyatsızlıq, yaxud diqqətsizlik halları əsasında onun fəaliyyəti üzrə “Qiymətləndirmə fəaliyyəti haqqında” qanun ilə müəyyən edilmiş tələblərin, habelə qiymətləndirmə haqqında müqavilə şərtlərinin pozulması nəticəsində sifarişçiyə və (və ya) üçüncü şəxslərə dəymiş zərərin ödənilməsi qiymətləndiricinin peşə məsuliyyətinin sığortası üzrə sığorta təminatına dair minimum tələbdir.

Qiymətləndiricinin peşə məsuliyyətinin sığortası üzrə sığorta məbləğinin minimum həddi 200.000,0 (iki yüz min) manat müəyyən edilib.