Rusiya ilə müharibə başlayandan indiyə qədər Ukraynanı 900 minə yaxın insan tərk edib.

Bu barədə BMT-nin Qaçqınlar üzrə Agentliyinin (BMT Qaçqınlar üzrə Ali Komissarlığı) məlumatında deyilir. Bildirilib ki, Rusiyanın Ukraynaya hücumundan sonra 874 026 nəfər ölkəni tərk edib.
Qeyd edilib ki, təxminən 454 000 nəfər Polşaya, 116 000 nəfər Macarıstana, 79 000 nəfər Moldovaya, 67 000 nəfər Slovakiyaya və digərləri isə başqa ölkələrə üz tutub.