Ukrayna nümayəndə heyəti Belarusla sərhəddə Rusiya ilə danışıqların keçiriləcəyi rayona gəlib.

Bu barədə Ukrayna Prezidenti Ofisinin mətbuat xidməti məlumat yayıb.

Nümayəndə heyətinə “Xalqın xidmətçisi” fraksiyasının sədri David Araxamiya, Ukraynanın müdafiə naziri Aleksey Reznikov, Ukrayna Prezidenti Ofisinin rəhbərinin müşaviri Mixail Podolyak, Ukraynanın üçtərəfli təmas qrupundakı nümayəndə heyətinin sədri Andrey Kostin, deputat Rüstəm Umerov və xarici işlər nazirinin müavini Nikolay Toçitski daxil olub.

Danışıqlarda əsas tələbin atəşin dərhal dayandırılması və qoşunların Ukrayna ərazisindən çıxarılması olduğu bildirilir.