Azərbaycanın yunan-Roma güləşçisi Sənan Süleymanov Fransanın paytaxtı Parisdə keçirilən Yay Olimpiya Oyunlarında mübarizəyə başlayıb.

İqtisadiyyat.az xəbər verir ki, 77 kq çəki dərəcəsində yarışan idmançı 1/4 finalda Macarıstan təmsilçisi Zoltan Levayla üz-üzə gəlib.

İdmançımız bu görüşdə sonuncu xal prinsipi (1:1) ilə qalib gəlib.

Qeyd edək ki, idmançı 1/8 finalda Bolqarıstan təmsilçisi Ayk Mknatsyan üzərində qələbə qazanmışdı.

Azərbaycanın qadın güləşçisi Mariya Stadnik də Olimpiya Oyunlarında növbəti görüşünə çıxıb. 50 kq çəki dərəcəsində yer alan idmançı 1/4 final mərhələsində Monqolustan təmsilçisi Otqonjarqal Dolqorjavla üz-üzə gəlib. Stadnik rəqibinə 3:4 hesabı ilə uduzub. Dolqorjav finala vəsiqə qazansa, Stadnik təsəlliverici qarşılaşmaya çıxacaq.

Paris-2024 avqustun 11-də başa çatacaq