Apteklər şəbəkəsi olan "Best Pharma" Məhdud Məsuliyyətli Cəmiyyətinə cərimə yazılıb.

İqtisadiyyat.az xəbər verir ki, müvafiq qurum tərəfindən şirkət barəsində İnzibati Xətalar Məcəlləsinin 464-cü maddəsinə əsasən cərimə protokolu tərtib edilib.

Daha sonra protokol baxılması üçün Binəqədi Rayon Məhkəməsinə göndərilib və iş hakim Fərid Əmirəliyevin icraatına verilib.

Şirkətin barəsində protokol tərtib olunan maddədə deyilir ki, “Auditor xidməti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmuş hallarda həyata keçirilməli olan məcburi auditdən yayınmağa görə vəzifəli şəxslər üç yüz manatdan altı yüz manatadək məbləğdə, hüquqi şəxslər min beş yüz manatdan iki min beş yüz manatadək məbləğdə cərimə edilir.