Avropa İttifaqı (Aİ) Şurası Ukraynaya təxminən 4,2 milyard avro ayrılması ilə bağlı Aİ səfirlərinin daha əvvəl razılaşdığı qərarı təsdiqləyib.

İqtisadiyyat.az TASS-a istinadən xəbər verir ki, söhbət Ukraynaya Dəstək Fondu çərçivəsində yardımın ayrılmasından gedir.

“Bu qərar Ukraynanın makro-maliyyə sabitliyini və onun administrasiyasının fəaliyyətini dəstəkləmək məqsədi daşıyır”, - deyə bəyanatda bildirilir.

Bundan əvvəl Avropa Komissiyası qeyd edib ki, bu tranşı sentyabra qədər Kiyevə köçürmək niyyətindədir.

 

Gözəl Həşimova