ABŞ-ın sabiq prezidenti Donald Tramp, seçki qanunvericiliyini dəstəkləməyən Coca-Cola, əsas beysbol liqalarını və digər korporasiyaları boykot etməyə çağırıb.

Tramp azad və ədalətli seçkilərə qarşı yaradılan yeni qanunvericiliyə, əsasən şirkətləri boykota çağırıb: MLB (Əsas beysbol liqası— Major League Baseball), Coca-Cola, Delta Airlines, JPMorgan Chase, ViacomCBS, Citigroup, Cisco, UPS və Merck. Şirkətlər Corciyada seçki qeydiyyatı ilə bağlı tələbləri sərtləşdirəcək dəyişiklikləri qınayıb. Yeni bölgə qanununa görə, uzaqdan səsvermə üçün foto şəkil olan xüsusi bir şəxsiyyət forması olmalı və seçkiqabağı təşviqata qadağa qoyulur.

Baş ofisi Corciyada yerləşən şirkətlər yeni qanuna skeptik – şübhə ilə yanaşıblar.

Qanunun tətbiq edilməsindən sonra, beysbol liqası etiraz etdi və iyulda keçiriləcək Braves matçını Atlantadan yerləşən ev stadionundan başqa bir yerə köçürdü. Etiraz aksiyasına başqa şirkətlər də qoşulub.

Trampın sözlərinə görə, şirkətlərin bu addımları təzyiq ilə üzləşib, korporasiyalar sol demokratlardan qorxurlar.

Qeyd etmək yerinə düşər ki, ABŞ-da noyabr ayında keçirilən seçkilərin nəticəsində Cozef Bayden qələbə qazanıb. Donald Tramp və tərəfdaşları seçkilərin saxtalaşdırıldığını bildirdilər və kütləvi boykotlara başladılar. Sosial şəbəkələr isə Tramp-ı şirkətləri və insanları şiddətə təhrik etməkdə günahlandırdı. Nəticədə isə onun sosial şəbəkələrini blokladılar. Tramp-ın öz tərəfdarları ilə əsas ünsiyyət məcrası Twitter sosial şəbəkəsi üzərindən idi, orada 80 milyona yaxın abunəçisi var idi. Sosial şəbəkələrdən isə deyiblər ki, eks-prezidentin səhifəsi əbədi bloklanıb. Facemark