Bakının Nərimanov rayonu ərazisində paytaxt sakini olan iki nəfər qadına məxsus 30 min manat nağd pul, 10 min manat dəyərində qızıl-zinət əşyaları oğurlanıb.

Bu barədə İqtisadiyyat.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, sözügedən hadisə ilə bağlı polisə müraciət daxil olub. Həyata keçirilən tədbirlərlə cinayət əməllərini törətməkdə şübhəli bilinən Ş.Məmmədov və M.Quluzadə saxlanılıblar.

Faktlarla bağlı Nərimanov Rayon Polis İdarəsində araşdırmalar davam etdirilir.