Ötən il yaradılan Türkiyənin “Kalkedon Enerji Mühendislik ve Ticaret Limited Şirketi”nin Azərbaycan Respublikasındakı Filialı ləğv edilir.

İqtisadiyyat.az xəbər verir ki, bununla bağlı Filial özü elan yayıb.

Ləğv olunduğunu açıqlayan Filial kreditorlara müraciət ünvanlayaraq iki ay ərzində tələblərini paytaxtın Nəsimi rayonu, Feyzulla Qasımzadə küçəsi, ev 14, mənzil 7 ünvanına bildirmələrini xahiş edib.

Qeyd edək ki, “Kalkedon Enerji Mühendislik ve Ticaret Limited Şirketi”nin Azərbaycan Respublikasındakı Filialı 2023-cü ilin avqustun 9-da dövlət qeydiyyatına alınıb. Şirkətin qanuni təmsilçisi Barış Çakmakcıdır.