Tərtər rayonunun Suqovuşan kəndindəki su elektrik stansiyasının (SES) kanalında nizamlayıcı qurğu inşa olunacaq.

İqtisadiyyat.az xəbər verir ki, "Azərenerji" bununla bağlı hazırlıqlara başlayıb.

Qurum tikinti işlərini “BCC Group” Qapalı Səhmdar Cəmiyyətinə həvalə edib.

Şirkət tikinti işlərini 1.6 milyon manata icra edəcək və artıq "Azərenerji" ilə  “BCC Group” arasında müqavilə də bağlanıb.

Qeyd edək ki, BCC Group energetika, neft-qaz, neft-kimya və digər sahələr üzrə infrastrukturun layihələndirilməsi, tikintisi, idarə olunması və xidməti üzrə MST (Mühəndislik/Satınalma/Tikinti) -podratçıdır.

Şirkət 1997-ci ildən Azərbaycanda və regionda tikinti biznesi, həllərin optimallaşdırılması, öz müştərilərinə kompleks və əlavə xidmətlərin təqdim edilməsi ilə məşğuldur.