Avqustun 19-dan 26-dək milli parklarda gözlənilən hava şəraiti açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən İqtisadiyyat.az-a verilən məlumata görə, Göygöl milli parkında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir.

Lakin 20-də gündüz qısamüddətli yağış yağacağı ehtimalı var. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 15-19° isti, gündüz 20-24° isti olacaq.

Şahdağ milli parkında havanın əsasən yağmursuz keçəcəyi, lakin 19-20-də gündüz saatlarında qısamüddətli yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Gecə və səhər saatlarında duman olacaq. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 15-19° isti, gündüz 25-29° isti olacaq.

Altıağac milli parkında əsasən yağmursuz hava şəraiti gözlənilir. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 15-19° isti, gündüz 21-26° isti olacaq.

Samur-Yalama milli parkının şimal bölgəsinə səyahət edənləri əsasən yağmursuz hava şəraiti gözləyir. Lakin 23-də gündüz, 25-də isə gecə və səhər arabir yağış yağacağı, şimşək çaxacağı ehtimalı var. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 19-24° isti, gündüz 29-32°isti olacaq.

Şirvan milli parkında turistləri sabit, yağmursuz hava şəraiti gözləyir. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 20-25° isti, gündüz 30-35° isti olacaq.

Ağgöl milli parkında havanın sabit, yağmursuz keçəcəyi gözlənilir. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 21-26° isti, gündüz 31-36° isti olacaq.

Qızılağac milli parkında səyahətçiləri əsasən yağmursuz hava şəraiti gözləyir. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 20-25° isti, gündüz 29-33° isti olacaq.

Hirkan milli parkının cənub zonasına səyahət edənləri əsasən yağmursuz hava şəraiti gözləyir. Lakin 19-u və 20-də gündüz saatlarında qısamüddətli az yağış yağacağı ehtimalı var. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 20-25° isti, gündüz 29-33° isti olacaq.