Bu ilin yanvar-iyul aylarında Gürcüstan və Rusiya arasında ticarət dövriyyəsi 1,4 milyard dollardan çox olub ki, bu da ötən ilin analoji göstəricisindən 5% azdır.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Gürcüstanın Milli Statistika Xidmətinin məlumatlarında deyilir.

Gürcüstanın ən böyük ticarət tərəfdaşları arasında Rusiya ikinci yerdədir. Yeddi ay ərzində onun xarici ticarətin həcmində xüsusi çəkisi 11,4 faiz təşkil edib. Bu dövrdə Gürcüstandan Rusiyaya ixrac 407 milyon dollar, bu ölkədən idxal isə 1 milyard dollardan çox olub.

Yanvar-iyul aylarında Gürcüstanın ticarət tərəfdaşları arasında birinci yeri Türkiyə tutub. İki ölkə arasında ticarət həcmi 1,809 milyard dollardan çox olub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 7% çoxdur.

Qeyd edək ki, bu dövrdə Azərbaycanla Gürcüstan arasında ticarət dövriyyəsi 362,1 milyon dollar olub.

 

Gözəl Həşimova